Lexora Legal · Bakı

Rəqabət və biznes hüququnda etibarlı tərəfdaşınız

15 ildən artıq özəl və dövlət sektoru təcrübəmizlə biznesinizin hüquqi təhlükəsizliyini tam təmin edirik. Rəqabət hüququ və təsərrüfat subyektlərinin təmərküzləşməsi üzrə dərin ekspertizadan tutmuş, strateji risklərin idarə edilməsi və korporativ komplayens sistemlərinin qurulmasınadək hər mərhələdə yanınızdayıq. Mülki və kommersiya hüququ sahəsində peşəkar konsultasiya və sənədləşmə xidmətlərimizlə fəaliyyətinizi qanunvericiliyə tam uyğunlaşdırır, biznes risklərinizi minimuma endiririk.

Nə edirik

Xidmətlərimiz

Rəqabət Hüququ

Antiinhisar və Rəqabət

Rəqabət qanunvericiliyinə uyğunluq, təmərküzləşmələrə razılıq və rəqabət orqanı qarşısında şirkət maraqlarının qorunması.

  • Antiinhisar nəzarəti: rəqabət qanunvericiliyinə uyğunluq (Compliance) sistemlərinin qurulması, rəqabət təhlillərinin aparılması, risklərin neytrallaşdırılması üzrə təkliflər.
  • Təsərrüfat subyektlərinin təmərküzləşməsi: hüquqi şəxslərin birləşməsi və pay alqı-satqısı əməliyyatları üçün rəqabət orqanından razılığın alınması — sənədlərin qanunvericiliyə uyğun hazırlanması, müraciət və hüquqi təqib.
  • Hökmran mövqedən sui-istifadə, kartel sövdələşmələri və qiymət manipulyasiyası: rəqabət orqanının araşdırmalarında və mübahisələrdə şirkət/sahibkar maraqlarının qorunması.
  • Haqsız rəqabətlə mübarizə: brendinizə, müştəri bazanıza və ya reputasiyanıza qarşı haqsız rəqabət hallarının qarşısının alınması.

Təbii inhisarlar sahəsində risk və mübahisələr

  • Tariflərin əsassızlığı: tənzimlənən tariflərdən kənar əlavə ödənişlərin tələb edilməsi və ya xidmət xərclərinin süni şişirdilməsi.
  • Şəbəkəyə qoşulma problemləri: qaz, işıq, su və rabitə xətlərinə qoşulma zamanı süni maneələr, gecikmələr və əsassız tələblər.
  • Ayrı-seçkilik şərtləri: eyni kateqoriyadan olan sahibkarlara qeyri-bərabər şərtlərin diktə edilməsi.
  • Xidmətdən imtina və ya dayandırma: xidmətin qanunsuz, birtərəfli qaydada göstərilməməsi və ya təchizatın əsassız dayandırılması.

Kommersiya Hüququ

Biznes xidmətləri

Şirkətlərin təsisi, müqavilələrin hazırlanması və ekspertizası, sahibkarlıq fəaliyyətinin hər mərhələdə hüquqi müdafiəsi.

  • Korporativ hüquq: şirkətlərin təsis edilməsi, nizamnamələrin hazırlanması və hüquqi müşayiət.
  • Müqavilə hüququ: hər növ müqavilələrin (alqı-satqı, icarə, xidmət, podrat və s.) tərtibi və hüquqi ekspertizası, biznes danışıqlarında iştirak.
  • Sahibkarlıq fəaliyyətinin qorunması: dövlət və qeyri-dövlət orqanlarında təmsilçilik, mübahisəli hallarda biznesin hüquqi müdafiəsinin təşkili.

Məhkəmə Mübahisəsi

Nümayəndəlik

Mülki, inzibati və kommersiya mübahisələri üzrə bütün instansiya məhkəmələrində peşəkar nümayəndəlik və hüquqi müdafiə.

  • Mülki məhkəmə işləri: iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin yazılması.
  • İnzibati mübahisələr: dövlət qurumlarının qərarlarından və cərimələrindən şikayətlərin verilməsi.
  • Kommersiya mübahisələri: şirkətlərarası borc, maddi zərər və müqavilə şərtlərinin pozulması ilə bağlı məhkəmə prosesləri.

Cinayət Hüququ

Cinayət işləri üzrə

İstintaq və məhkəmə mərhələlərində peşəkar müdafiə, zərərçəkmiş şəxslərin maddi və mənəvi zərərinin ödənilməsi tələbi.

  • İstintaq mərhələsi: şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi, dindirilmələrdə iştirak.
  • Məhkəmə mərhələsi: ağır və az ağır cinayət işləri üzrə məhkəmədə müdafiənin həyata keçirilməsi.
  • Zərərçəkmiş şəxslərin müdafiəsi: cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi.

Əmək Hüququ

İşçilər və işəgötürənlər

İşçilərin hüquqlarının müdafiəsi, işəgötürənlər üçün əmək müqavilələri və HR sahəsində komplayens sisteminin qurulması.

  • İşçilərin hüquqlarının müdafiəsi: qanunsuz işdən çıxarılma, ödənilməyən əmək haqqı və kompensasiyaların tələb edilməsi, məhkəmədə hüquqi müdafiə.
  • İşəgötürənlər üçün xidmətlər: daxili intizam qaydalarının və əmək müqavilələrinin qanunvericiliyə uyğunlaşdırılması, HR sahəsində Compliance sisteminin qurulması və HR (ƏMAS) təlimlərinin təşkili.

Ailə və Miras Hüququ

Ailə mübahisələri

Boşanma, müştərək əmlakın bölünməsi, aliment, uşaqla ünsiyyət hüququ və miras mübahisələri üzrə etibarlı hüquqi yardım.

  • Nikahın pozulması: boşanma proseslərinin aparılması.
  • Əmlakın bölünməsi: ər-arvadın müştərək əmlakının məhkəmə və ya notariat qaydasında bölünməsi.
  • Aliment və uşaq hüquqları: alimentin təyin olunması, artırılması/azaldılması və uşaqla ünsiyyət hüququ.
  • Miras işləri: vəsiyyətnamələrin mübahisələndirilməsi, miras payının müəyyən edilməsi.

Daşınmaz Əmlak Hüququ

Əmlak mübahisələri

Mülkiyyət hüququnun tanınması, çıxarış (kupça) sənədləşməsi, əmlakın icarəsi və özəlləşdirilməsi proseslərində dəstək.

  • Əmlak mübahisələri: ev, torpaq və obyektlər üzərində mülkiyyət hüququnun tanınması.
  • Çıxarış (kupça) sənədləşməsi: daşınmaz əmlakın dövlət qeydiyyatı zamanı yaranan problemlərin həlli.
  • İcarə və özəlləşdirmə: dövlət və ya özəl əmlakın icarəsi və özəlləşdirilməsi prosesləri.

Konsultasiya

Ümumi xidmətlər

Hüquqi məsələlər üzrə şifahi və yazılı rəylər, vəkil sorğusu ilə dövlət və özəl qurumlardan lazımi sənədlərin toplanması.

  • Hüquqi rəylərin verilməsi: istənilən problemin qanuni həlli yolları barədə şifahi və yazılı məsləhətlər.
  • Sorğuların göndərilməsi: vəkil sorğusu vasitəsilə dövlət və özəl qurumlardan sənədlərin toplanması.
Fuad Yadigarov — hüquqşünas, vəkil, rəqabət və korporativ hüquq üzrə mütəxəssis
Haqqımızda

Fuad Yadigarov

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Rəqabət hüququ, korporativ idarəetmə, hüquqi risklərin minimallaşdırılması və komplayens sistemlərinin qurulması sahəsində 15 ildən artıq zəngin təcrübəyə malik mütəxəssis.

Peşəkar karyeram ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində şöbə müdiri vəzifəsində dövlət tənzimləmə mexanizmlərini, ölkənin aparıcı korporativ strukturlarından biri olan “Veysəloğlu Şirkətlər Qrupu”nda isə özəl sektoru dərindən mənimsəmək imkanı əldə etmişəm. Həm dövlət, həm də özəl sektorda qazanılmış bu zəngin təcrübə dövlət nəzarəti ilə biznes prinsipləri arasında optimal balansı qorumaq, strateji riskləri idarə etmək və yüksək dəqiqlikli qərarlar qəbul etmək imkanı verir.

Strateji Kompetensiyalar

Rəqabət hüququnun ekspertizası

Dövlət Agentliyində şöbə rəhbəri kimi qanunvericilik layihələrinin hazırlanmasında və rəqabət siyasətinə nəzarətdə birbaşa iştirakım mənə bazarlarda təmərküzləşmə səviyyələrini və hökmran mövqe vəziyyətini təhlil etmək, bunun bizneslərarası rəqabət mühitinə təsirini hərtərəfli araşdırmaq və potensial rəqabət risklərini dərhal müəyyən etmək üstünlüyü verib. Bu təcrübə həm də risklərin qarşısını almaq üçün öncədən lazımi preventiv tədbirlər görmək imkanı qazandırıb.

Risklərin idarəedilməsi və komplayens

“Veysəloğlu Şirkətlər Qrupu”nda Korporativ Hüquq və Uyğunluq şöbəsini idarə edərək holdinqdə hüquqi audit və komplayens mexanizmlərini qurmuşam. Bu sistem biznesin qanunvericiliyə tam uyğun işləməsini təmin edir, potensial maliyyə itkilərinin və hüquqi risklərin qarşısını alır.

Məhkəmə mübahisələri

Bütün instansiya məhkəmələrində irihəcmli kommersiya, mülki, inzibati və cinayət işləri üzrə hüquqi müdafiə taktikaları qurmuş, mübahisələrin məhkəməyədək biznes maraqlarına uyğun həllində yüksək nəticələr göstərmişəm.

Yekunda

Şirkətinizin fəaliyyətində Rəqabət Məcəlləsindən irəli gələn riskləri qiymətləndirmək, komplayens sistemini qurmaq, dövlət orqanlarında mübahisəli məsələlərdə təmsilçilik və məhkəmələrdə peşəkar hüquqi müdafiə xidmətlərindən yararlanmaq üçün müraciət edə bilərsiniz.